İşdən azad olunmaq xəbəri YALAN ÇIXDI
30 Sentyabr 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
233
09.06.2023, 11:15
Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi keçirilir
Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank sahibkarlığın inkişafı istiqamətində daha bir tədbirin keçirilməsinə dəstək göstərib. 8-10 iyun 2023-cü il tarixlərində Baku Crystal Hall-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı və Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi keçirilir.
Sərginin açılış mərasimində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə və digər rəsmi qonaqlar iştirak ediblər.
“Kapital Bank hər zaman sahibkarlığın inkişaf etdirilməsini, müxtəlif sahələr üzrə dəstək tədbirlərinin və kampaniyaların keçirilməsini prioritet sahələrdən hesab edib. İl ərzində bankın dəstəyi ilə müxtəlif görüşlər, tədbirlər, konfranslar və digər əhəmiyyətli tədbirlər keçirilir. Yerli şirkətlərin iştirak etdiyi bu tədbir də ölkədə sahibkarlığını, biznes mühitinin inkişafına öz töhfəsini verəcək. Kapital Bank olaraq gələcək illərdə də bu sahəyə diqqət yönəltməyi planlaşdırırıq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi Ulu Öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

10:41 / 30 Sentyabr 2026
9
10:36 / 30 Sentyabr 2026
141
10:30 / 30 Sentyabr 2026
26
10:25 / 30 Sentyabr 2026
28
10:20 / 30 Sentyabr 2026
35
10:10 / 30 Sentyabr 2026
60
10:00 / 30 Sentyabr 2026
300
09:55 / 30 Sentyabr 2026
42
09:55 / 30 Sentyabr 2026
47
09:50 / 30 Sentyabr 2026
80
09:28 / 30 Sentyabr 2026
45
09:25 / 30 Sentyabr 2026
48
09:20 / 30 Sentyabr 2026
50
09:15 / 30 Sentyabr 2026
70
09:15 / 30 Sentyabr 2026
53
09:10 / 30 Sentyabr 2026
52
08:51 / 30 Sentyabr 2026
56
08:48 / 30 Sentyabr 2026
2341
08:39 / 30 Sentyabr 2026
76
08:36 / 30 Sentyabr 2026
57
07:42 / 30 Sentyabr 2026
74
07:36 / 30 Sentyabr 2026
491
00:16 / 30 Sentyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.