Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür - Elçin Quliyev

Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür - Elçin Quliyev

CƏMİYYƏT

249

08.06.2023, 14:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib. O qeyd edib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir.
Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Ads by 5 Reklamınızı SmartBee ilə effektiv edin. "Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə qırx dəfədən artıq səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə sərhəd təhlükəsizliyinin təmin olunması sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və davam etdirilməkdədir", - o deyib. Elçin Quliyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sərhədboyu infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir. "Ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra dövlət sərhədinin işğaldan azad olunmuş sahələrində xidməti-döyüş fəaliyyətinin təşkili üzrə lazımi tədbirlər görülüb. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadalarıvə müxtəlif hərbi hissələr yaradılıb", - deyə o əlavə edib.