Qaynar xətt:

(+99450) 247 90 86

DİN sürücülərə müraciət edib

DİN sürücülərə müraciət edib

CƏMİYYƏT

323

08.06.2023, 09:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən Oxu24.com-a daxil olan müraciətdə deyilir: "Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən "Əziz Şuşa" beynəlxalq velosiped turniri”nin birinci mərhələsi artıq geridə qalıb.
Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək. Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik". Miri Məcidli