Qaynar xətt:

(+99450) 247 90 86

Astarada eşşək kənd sakininin qulağını qopardı

Astarada eşşək kənd sakininin qulağını qopardı

CƏMİYYƏT

490

06.06.2023, 17:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.
Oxu 24.com xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində baş verib. Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.
Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib. Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib. Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.