Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanlı trans beynəlxalq axtarışa verildi

SON DƏQİQƏ! Azərbaycanlı trans beynəlxalq axtarışa verildi

CƏMİYYƏT

2110

06.06.2023, 14:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət öncə gözəllik salonunda qalmaqallı videosu ilə gündəmə  gələn transgender qadın Anna Tağıyeva (red -  1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu) yenidən məhkəmə qarşısına çıxarılıb.

 

Oxu24.com  xəbər  verir  ki,  külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş Kənan Tağıyev (Red- qadın adı Anna Tağıyeva)  Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə ittihamedici hökm tamamilə ləğv edilmişdi.

 

Həmin qərardan sonra  Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.

 

Oxu24.com-un əldə etdiyi məlumata görə, həmin iş üzrə Ali Məhkəmədə şikayətə baxılıb.İşin düzgün araşdırılması üçün yenidən  Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Kənan Tağıyev hazırda Türkiyədə olduğu üçün  onun barəsində indi yeni iş üzrə Beynəlxalq Axtarış verilib. 

 

Miri Məcidli