Qaynar xətt:

(+99450) 247 90 86

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək əsəcək, leysan yağacaq

Hava KƏSKİN DƏYİŞƏCƏK: Güclü külək əsəcək, leysan yağacaq

CƏMİYYƏT

411

30.05.2023, 20:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
Mayın 31-dən iyunun 01-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında Mayın 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 03-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.