Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89962
az

Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

11:0030 May, 2023
231
CƏMİYYƏT
  • A
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 2-si saat 10:00-da Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Masallı, Yardımlı, Lənkəran və Lerik rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Astara rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər”, - məlumatda qeyd edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda unikalƏMƏLİYYAT - Qopmuş ayaq birləşdirildi
Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi