Qaynar xətt:

(+99450) 247 90 86

Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

CƏMİYYƏT

378

29.05.2023, 10:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb.
Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın söndürülüb.