Qaynar xətt:

(+99450) 247 90 86

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

CƏMİYYƏT

384

28.05.2023, 16:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.