Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda ağır qəza: Ölən var

Qaxda ağır qəza: Ölən var

CƏMİYYƏT

411

26.05.2023, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ-2106”dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, “VAZ-21015” markalı avtomobilin sürücüsü Faiq Məmmədov polis əməkdaşıdır.