Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89865
az

Bakıda iki klinikada nöqsanlar aşkarlanıb

09:5626 May, 2023
173
CƏMİYYƏT
  • A
Bakıda fəaliyyət göstərən “Səhhət-M” MMC və “Ayxan İmplant Dent” MMC-yə məxsus klinikalarda ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması halları aşkarlanıb. Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin keçirdiyi nəzarət tədbirlər zamanı təqdim olunmuş sənədlər əsasında çıxarılmış məhkəmə qərarları ilə həmin müəssisələr barəsində müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilib. Fövqəladə Hallar Nazirliyi bir daha mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parlamentdə sektor müdiri təyin edildilər- Foto
AZAL Tel-Əviv istiqamətində uçuşları   bərpa    etdi
Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu