Qaynar xətt:

(+99450) 247 90 86

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

Vüqar Əhmədov Naftalanda vətəndaşları qəbul edib

CƏMİYYƏT

362

25.05.2023, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə Oxu24.com-a qurumdan məlumat verilib. Məlumata görə, qəbulda "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.