Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89730
az

Masallı xəstəxanasının sabiq baş həkiminin işi icraata götürülüb

09:5424 May, 2023
111
CƏMİYYƏT
  • A
Rüşvət almada təqsirləndirilən “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin cinayət işi icraata götürülüb. Oxu24.com xəbər verir ki, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, həmin şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Eşqin Əliyevin Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Eşqin Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq), 29,178.2.2, 29,178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə isə həmin Məcəllənin 29, 178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib. Eşqin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, Süleyman Əliyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı