Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə "Gelandewagen" aşıb - FOTO

Gəncədə \\\"Gelandewagen\\\" aşıb - FOTO

CƏMİYYƏT

415

22.05.2023, 14:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını idarəetmədən çıxaraq arxadan "VAZ 2106"-ya çırpılıb. Daha sonra “Gelandewagen” yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.