1 oktyabrda bizi nələr gözləyir? — ULDUZ FALI
30 Sentyabr 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
22.05.2023, 09:15
Bu gün 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
Oxu24.com xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.
Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.
20:44 / 30 Sentyabr 2026
1
20:38 / 30 Sentyabr 2026
14
20:33 / 30 Sentyabr 2026
16
20:10 / 30 Sentyabr 2026
55
20:10 / 30 Sentyabr 2026
48
19:50 / 30 Sentyabr 2026
55
19:35 / 30 Sentyabr 2026
205
19:26 / 30 Sentyabr 2026
124
19:26 / 30 Sentyabr 2026
58
19:23 / 30 Sentyabr 2026
53
19:21 / 30 Sentyabr 2026
60
19:15 / 30 Sentyabr 2026
55
19:12 / 30 Sentyabr 2026
67
19:01 / 30 Sentyabr 2026
72
18:53 / 30 Sentyabr 2026
87
18:45 / 30 Sentyabr 2026
85
18:29 / 30 Sentyabr 2026
71
18:14 / 30 Sentyabr 2026
99
18:06 / 30 Sentyabr 2026
77
17:49 / 30 Sentyabr 2026
83
17:29 / 30 Sentyabr 2026
94
17:15 / 30 Sentyabr 2026
84
17:06 / 30 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.