Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə avtomobil aşıb, yaralananlar var

Şəmkirdə avtomobil aşıb, yaralananlar var

CƏMİYYƏT

251

21.05.2023, 15:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şəmkir rayon Çənlibel kəndində avtomobilin aşması nəticəsində sürücü və sərnişini yaralanıblar.
"Report"un məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 2003-cü il təvəllüdlü M.Əhmədov və həmyaşıdı S.Bayramov xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Qeyd edək ki, qəza zamanı avtomobildə daha bir sərnişin də olub. Həmin şəxs qəzada xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.