Qaynar xətt:

(+99450) 247 90 86

Bakıya bu tarixdən qızmar istilər gəlir - 31 dərəcə isti olacaq

CƏMİYYƏT

264

20.05.2023, 23:34

Bakıda və Abşeron yarımadasında yay istilərinin düşəcəyi tarix bilinib.

Oxu24.com  xəbər verir ki, may ayının 25-dən paytaxtda gündüz 31 dərəcə isti müşahidə olunacaq.
 

Gecə isə 19-20 dərəcə isti olacaq. Mayın 25-dən etibarən Bakıda və Abşeron yarımadasında gündüzlər havanın temperaturunun 28 dərəcədən aşağı düşməyəcəyi gözlənilir.

Mayın 28-i və 29-da gündüz temperatur 30 dərəcə təşkil edəcək.