Qaynar xətt:

(+99450) 247 90 86

Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib

CƏMİYYƏT

404

17.05.2023, 14:25

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib. Oxu24.com nazirliyə istinadən xəbər verir ki, qəbulda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.