Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda marşrut avtobusunda qadının cüzdanını oğurlayan şəxs saxlanılıb

Bakıda marşrut avtobusunda qadının cüzdanını oğurlayan şəxs saxlanılıb

CƏMİYYƏT

487

17.05.2023, 11:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda marşrut avtobusunda qadının cüzdanını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.