Qaynar xətt:

(+99450) 247 90 86

Ağstafada evdə partlayış olub, 6 nəfər xəsarət alıb

Ağstafada evdə partlayış olub, 6 nəfər xəsarət alıb

CƏMİYYƏT

340

15.05.2023, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
Oxu24.com-un məlumatına görə, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.