Qaynar xətt:

(+99450) 247 90 86

ANAMA azad olunan ərazilərə səfər edən vətəndaşlara müraciət edib

ANAMA azad olunan ərazilərə səfər edən vətəndaşlara müraciət edib

CƏMİYYƏT

281

15.05.2023, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşları xəbərdaredici nişanların göstəricilərinə əməl etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, qurumun müraciətdə deyilir: "İnsanlar təhlükəsizlikdən tam əmin olmadıqları hər hansı bir bölgədə hərəkət etdikdə diqqətli olmalıdırlar. Belə ki, vətəndaşlar çarpaz qoyulmuş çubuqları və daş yığınını, tarım çəkilmiş məftil və ya ipi, əl ilə yazılmış qeydi, yaxud darvaza və ya hasarı, beton dirəklərin üstündəki işarələri, torpağa sancılmış taxta çubuqları, ortasında kəllə və çarpaz sümük işarəsi olan üç və ya dördbucaq lövhələri gördükdə həmin bölgəyə yaxınlaşmamalı, oradan uzaq durmalıdırlar”.