Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
13.05.2023, 12:29
Sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşlardan yaşadıqları ərazilərə kameraların quraşdırılması məqsədilə pul toplaması ilə bağlı məlumatlar yayılıb. İddia edilib ki, polislər tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binlarında müşahidə kameraları quraşdırılır.
Oxu24.com xəbər verir ki, məsələyə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev aydınlıq gətirib.
O bildirib ki, ictimai yerlərdə – əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb: “Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar.
Bununla əlaqədar bildirirəm ki, minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olarsa onlara məxsus obyektlərin etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir. Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur”.
Ətraflı
Həmçinin oxuyun: С сегодняшнего дня в стране похолодает - будет дождливо
Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar tərəfindən 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırılıb: “Həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur.
Bir daha diqqətə çatdırırıq ki, obyektlərdə, yaşayış binlarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir”.
Şöbə müdiri düşünür ki, vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından daha çox öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edən şəxslər narahat olurlar.
23:02 / 30 Sentyabr 2026
1
22:17 / 30 Sentyabr 2026
241
22:16 / 30 Sentyabr 2026
60
21:40 / 30 Sentyabr 2026
80
21:12 / 30 Sentyabr 2026
492
21:10 / 30 Sentyabr 2026
61
20:44 / 30 Sentyabr 2026
62
20:38 / 30 Sentyabr 2026
162
20:33 / 30 Sentyabr 2026
64
20:10 / 30 Sentyabr 2026
104
20:10 / 30 Sentyabr 2026
81
19:50 / 30 Sentyabr 2026
76
19:35 / 30 Sentyabr 2026
345
19:26 / 30 Sentyabr 2026
194
19:26 / 30 Sentyabr 2026
82
19:23 / 30 Sentyabr 2026
69
19:21 / 30 Sentyabr 2026
80
19:15 / 30 Sentyabr 2026
73
19:12 / 30 Sentyabr 2026
88
19:01 / 30 Sentyabr 2026
90
18:53 / 30 Sentyabr 2026
124
18:45 / 30 Sentyabr 2026
105
18:29 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.