Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88854
az

"Salyanda 20 məktəbin direktoru yoxdur"

14:1212 May, 2023
160
CƏMİYYƏT
  • A
"Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin təxminən 1/6-də direktor yoxdur. Misal olaraq, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur". Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var: “Çünki bu sahədə bir sıra boşluqlar var və mövcud problemlər aradan qaldırılmalıdır”. F.Ağamalı bildirib ki, Salyanda 5 rayonu özündə birləşdirən Regional Təhsil İdarəsinin rəhbəri təhsillə əlaqələsi və anlayaşı olmayan, əvvəllər iqtisadi sahədə çalışan insandır: “Bu cür hallar çoxdur. Bu kimi problemlərin aradan qaldırılması üçün qanunvericilik bazasında daha optimal yollar tapmalıyıq. Digər tərəfdən, bu gün repetitorlar bizə ciddi problemlər yaradır. Bu məsələnin müzakirəsinin qanunvericilikdə əks olunmasına ehtiyac var”. Deputat vurğulayıb ki, bu gün məktəbi bitirən təxminən 100 mindən çox məzunun yarısı təhsildən kənarda qalır: “Ona görə də texniki peşə məktəblərinə həmin məzunların cəlbi mütləqdir. Eyni zamanda peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Hörmətli sədr, sizdən xahiş edirəm ki, heç olmasa, parlamentin payız sessiyası müddətində təhsillə bağlı geniş xarakter daşıyan dinləmələr keçirilsin”. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Rusiyaya gedənlərə vacib XƏBƏR! Qanun dəyişdi +VİDEO
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu