Qaynar xətt:

(+99450) 247 90 86

Şuşada “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub

Şuşada “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub

CƏMİYYƏT

323

10.05.2023, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir.

Oxu24.com  xəbər verir ki, festival çərçivəsində növbəti konsert Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı olub.

Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib. Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib.

 

Nigar