Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
481
10.05.2023, 18:26
Prokurorluq işçiləri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını böyük hörmətlə ziyarət edir, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə yüksək ehtiramını bildirir. Prokurorluq da həmişə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncam ilə “1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü” təsis edilib, bu isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa qayğının ifadəsi, onun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında mayın 10-da Fəxri xiyabanı ziyarət edən hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanıb və onlarda böyük ruh yüksəkliyi yaradıb:
“Ulu Öndər Heydər Əliyevin prokurorluğun işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir əməkdaşı qürurlandırmaqla yanaşı, üzərimizə böyük məsuliyyət qoyub. Odur ki, bu gün hər bir prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşı xidməti vəzifələrini layiqincə icra etməsi üçün daha əzmlə çalışır. Prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı müdrik rəhbər İlham Əliyevin dövlətçilik, qanunçuluq, vətənpərvərlik, humanistlik və milli maraqlara xidmət edən digər ənənələrinə daim sadiq qalacaqlar. Bu il də Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda, mayın 6-da isə Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunub, bu dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilib. Əminik ki, illər qərinələr, əsrlər keçsə belə, Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq və böyük siyasi xadim hər zaman dərin ehtiramla anılacaq”.
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.