Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
10.05.2023, 17:11
“Prokurorluq Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu”.
Oxu24.com-un xəbərinə görə, bu barədə Azərbaycanın Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin "Respublika" qəzetində "Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan güvənli əllərdədir" sərlövhəli məqaləsində qeyd edilib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev daim xatırlanacaq və əziz xatirəsi yüksək ehtiramla yad olunacaq:
“Göründüyü kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də millətimizə və dövlətimizə fayda verməkdədir. Müdrik siyasəti zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin digər dövlət başçılarına örnək olan mükəmməl rəhbərliyi sayəsində Azərbaycan daha da qüdrətlənir və xalqın rifahının hərtərəfli yaxşılaşdırılır.
Bu gün dövlət başçısına ünvanlanan minnətdarlıq məktublarının səngiməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin ardı-arasının kəsilməməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara xidmət edən siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təzahürü, Ümummilli Liderə, eləcə də ölkə rəhbərinə və Birinci vitse-prezidentə olan sonsuz xalq sevgisinin təcəssümüdür”.
“Ulu Öndərin uzaqgörən mükəmməl siyasi strategiyasının, ölməz ideyalarının və dəyərli tövsiyələrinin Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük töhfələr, ölkənin sürətli və davamlı inkişafına ciddi dəstək verəcəyinə hər kəs əmindir. Odur ki, xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, istiqlalımızın və firavan istiqbalımızın müəllifi, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev daim dərin məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda böyük təntənə ilə qeyd ediləcək, əbədiyaşar liderimizin əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad olunacaqdır”, - Hərbi prokuror deyib.
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.