Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz Qurbanlı bəzi imamların istefasına münasibət bildirib

Mübariz Qurbanlı bəzi imamların istefasına münasibət bildirib

CƏMİYYƏT

392

10.05.2023, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir. Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür”.

 

Bunu Oxu24.com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

O bildirib ki, bir-iki məscidin imamı istefa verib: “Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.