Qaynar xətt:

(+99450) 247 90 86

“WhatsApp” “Telegram”ın bu funksiyasını "oğurladı" - FOTO

“WhatsApp” “Telegram”ın bu funksiyasını \\\"oğurladı\\\" - FOTO

CƏMİYYƏT

348

09.05.2023, 18:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"WhatsApp"da "Telegram"dan götürülən yeni funksiya işə salınıb. Belə ki, mesencerin "iOS" üçün "beta" versiyasında artıq profildə istifadəçinin abunə olduğu kanalların siyahısı göstərilib.

Siyahı "Status" bölməsində yerləşib.

OXU24.COM  xəbər verir ki, kanal funksiyası hələlik inkişaf mərhələsindədir və ümumi istifadəçi üçün əlçatan deyil.

Məlumata görə, sözügedən bölmənin adı həm istifadəçinin cari vəziyyətini, həm də abunəliyini ehtiva etdiyi üçün "Yeniləmələr"ə dəyişdiriləcək. Həmçinin kanallar üçün daha çox ekran sahəsi boşaltmaq üçün statuslar üfüqi cərgədə yerləşdiriləcək.

Güman edilir ki, "WhatsApp"da kanallar "Telegram" kanalları prinsipinə uyğun qurulacaq - istifadəçilər hansına abunə olmağı seçə və lentdə yalnız onları maraqlandıran məzmunu görə biləcəklər.

Funksiyanın ictimai buraxılış tarixi hələ açıqlanmayıb.