Qaynar xətt:

(+99450) 247 90 86

Mədəniyyət nazirinin sabiq müavini əfv edilib

Mədəniyyət nazirinin sabiq müavini əfv edilib

CƏMİYYƏT

394

08.05.2023, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamında keçmiş nazir müavininin də adı var. Qeyd edək ki, rəsmi məlumata görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu 2020-ci il may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Miri Məcidli