Qaynar xətt:

(+99450) 247 90 86

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

CƏMİYYƏT

294

07.05.2023, 15:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.

OXU24.COM  bildirir ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edib. Troekurovski qəbiristanlığında keçirilən mərasimdə müğənni pərəstişkarları və jurnalistlərlə ünsiyyət qurmayıb.

Dəfn mərasiminə qatılanlar arasıda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da yer alıb. Sosial şəbəkələrdə onun Puqaçovaya yaxınlaşaraq əlini öpdüyü və başsağlığı verdiyi video yayılıb. Görüntülərdə Peskovun ifaçıya "Necəsiniz? Sizi görməyə çox şadam" sözlərini dediyi əks olunsa da, Puqaçovanın cavabı anlaşılmayıb.

Bundan başqa, ifaçı vida mərasimində özünü pis hiss etdiyi üçün onu qollarından tutaraq müşayiət ediblər.
Ətraflı

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.

Onu da qeyd edək ki, Yudaşkin uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

NİGAR