Qaynar xətt:

(+99450) 247 90 86

"Bakı Marafonu 2023"ün qalibləri görün kim oldu

\\\"Bakı Marafonu 2023\\\"ün qalibləri görün kim oldu

CƏMİYYƏT

839

07.05.2023, 12:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşib.
Oxu24.com-un məlumatına görə, kişilər arasında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub. Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 19.500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir. Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır. Miri Məcidli