Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88425
az

"Kapital Bank"ın rəhbərliyi dəyişdirilib

14:5305 May, 2023
81
CƏMİYYƏT
  • A
"Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub. Oxu24.com bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar "Kapital Bank"ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək. Digər qərara əsasən isə "Kapital Bank"ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür. Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü