Qaynar xətt:

(+99450) 247 90 86

"Kapital Bank"ın rəhbərliyi dəyişdirilib

\\\"Kapital Bank\\\"ın rəhbərliyi dəyişdirilib

CƏMİYYƏT

303

05.05.2023, 14:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.
Oxu24.com bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, bununla bağlı qərar "Kapital Bank"ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək.
Digər qərara əsasən isə "Kapital Bank"ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür. Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.