Qaynar xətt:

(+99450) 247 90 86

Qəbələdə avtomobil 31 yaşlı kişini və onun qardaşı qızını vurub

Qəbələdə avtomobil 31 yaşlı kişini və onun qardaşı qızını vurub

CƏMİYYƏT

332

04.05.2023, 11:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələdə avtomobil 31 yaşlı kişini və onun qardaşı qızını vurub.

Hadisə rayonun Məlikli kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücü, rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında hərəkətdə olan piyadalar - 1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.