Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

CƏMİYYƏT

272

02.05.2023, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Nəticədə Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu və daha iki nəfər yaralanıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.