Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88102
az

Günəş işığının ölümcül TƏHLÜKƏSİ

19:1729 Aprel, 2023
103
CƏMİYYƏT
  • A

ABŞ-ın Vaşinqton Universitetinin Molekulyar Biologiya Məktəbinin mütəxəssisləri bir sıra fundamental tədqiqatlar apardıqdan sonra günəş şüalarında insan orqanizmi üçün elmə məlum olanlardan başqa hansı təhlükələrin gizlənə biləcəyini müəyyən ediblər.

OXU24.COM  lent.az-a istinadən xəbər verir ki, alimlərin işində qeyd olunduğu kimi, ultrabənövşəyi şüaların təsiri insan DNT-sində əvvəllər məlum olmayan növ zədələrə səbəb olur.

Bütün bunlar aqressiv dəri xərçənginə gətirib çıxarır. Tədqiqatçılar 150 koloniyanın maya hüceyrələrini bir ay ərzində 15 dəfə səkkiz saniyə UV lampalarına məruz qoyublar. Bundan sonra, DNT hüceyrələrdən təcrid olunub, bütün genom ardıcıllığına məruz qalıb, yəni qoşa zəncirdə tam nukleotid ardıcıllığı qurulub.
Ətraflı
Ad - 00:18

Beləliklə, alimlər ultrabənövşəyi şüalanmanın yaratdığı 50 minə yaxın mutasiyanı müəyyən ediblər. Bunların təxminən yarısı melanoma inkişafı ilə əlaqəli idi.

Bioloqların fikrincə, son vaxtlara qədər günəş şüalarının zədələnməsinin iki DNT əsası ilə məhdudlaşdığına inanılırdı: sitozin (C) və ya timin (T). Lakin indi müəyyən edilib ki, mutasiyalar bəzən adeninə də təsir edir (A). Üstəlik, hətta ultrabənövşəyi radiasiyaya bir dəfə və qısa müddətli məruz qalma da atipik mutasiyalara səbəb olur.

Melanoma və ya dəri xərçəngi ən ölümcül bədxassəli şişlərdən biridir, çünki tez metastazların meydana gəlməsinə səbəb olur. Bu xəstəliyin əsas səbəbi birbaşa günəş işığına uzun müddət məruz qalma hesab olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil