Qaynar xətt:

(+99450) 247 90 86

Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB

Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB

CƏMİYYƏT

375

29.04.2023, 15:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır. 

Qlobal.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.

E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur: “Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir”.