Qaynar xətt:

(+99450) 247 90 86

Sahibə Qafarova TBMM-ə "Togg"la getdi - FOTO

Sahibə Qafarova TBMM-ə \\\"Togg\\\"la getdi - FOTO

CƏMİYYƏT

278

28.04.2023, 16:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilk yerli elektromobil olan "Togg"a minib.

OXU24.COM  metbuat.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri qaldıqları hoteldən TBMM-ə gediblər.

"Togg"a minən Sahib Qafarova da avtomobil haqqında fikirlər səsləndirib: "Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq".