Qaynar xətt:

(+99450) 247 90 86

Daxili işlər naziri Salyanda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Salyanda vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

345

28.04.2023, 09:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu24.com-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.