Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
478
27.04.2023, 23:42
Birləşmiş Ərəb Əmirliklərinin "Hope" kosmik zondu Marsın ətrafında dövr edən "Deymos"a ("Deimos") 100 km məsafədə yaxınlaşıb və 1977-ci ildən bəri planetin ən detallı şəkillərini çəkib.
Müşahidə məlumatları və fotoşəkillər Birləşmiş Ərəb Əmirliklərinin Mars Missiyası komandası dərc edib.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, alimlər araşdırma zamanı kosmik cisim barədə indiyə qədər səhv fikirdə olduqlarını müəyyən ediblər.
Belə ki, bu günə qədər "Deymos"un planetin cazibə tələsinə düşmüş asteroid olduğu düşünülürdü. İndi isə elm adamlarının fikrincə "Deymos" planet mənşəlidir və naməlum obyektin Qırmızı Planetlə toqquşması nəticəsində yaranıb.
Marsın bu peyki 1877-ci il avqustun 11-də amerikalı astronom Asaf Holl tərəfindən kəşf edilib və qədim yunanların dəhşət tanrısı Deymosun (müharibə tanrısı Aresin oğlunun) şərəfinə adlandırılıb.
Ətraflı
"Deymos" Mars ətrafında 30 saata dövr edir.
O da vurğulanır ki, 1970-ci illərdəki "Mariner 9" və "Viking" missiyaları, eləcə də 2014-cü ildə Hindistanın "Mars Orbiter" missiyası "Deymos"un uzaq tərəfinin şəkillərini çəkib, ancaq onlar "Hope" zondunun görüntüləri qədər təfərrüatlı olmayıb.
Xatırladaq ki, bu yaxınlarda Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər "Tyanven-1" kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.
23:02 / 30 Sentyabr 2026
93
22:17 / 30 Sentyabr 2026
3833
22:16 / 30 Sentyabr 2026
110
21:40 / 30 Sentyabr 2026
341
21:12 / 30 Sentyabr 2026
1097
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
79
20:38 / 30 Sentyabr 2026
366
20:33 / 30 Sentyabr 2026
82
20:10 / 30 Sentyabr 2026
170
20:10 / 30 Sentyabr 2026
96
19:50 / 30 Sentyabr 2026
91
19:35 / 30 Sentyabr 2026
695
19:26 / 30 Sentyabr 2026
259
19:26 / 30 Sentyabr 2026
95
19:23 / 30 Sentyabr 2026
82
19:21 / 30 Sentyabr 2026
96
19:15 / 30 Sentyabr 2026
82
19:12 / 30 Sentyabr 2026
100
19:01 / 30 Sentyabr 2026
113
18:53 / 30 Sentyabr 2026
173
18:45 / 30 Sentyabr 2026
130
18:29 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.