Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
27.04.2023, 14:30
Çəkinin artmasına səbəb olan amillərdən biri də hormonal pozğunluqdur. Hormonal pozğunluqların arxasında isə bir çox hallarda qalxanabənzər vəzinin xəstəlikləri dayanır.
OXU24.COM xəbər verir ki, bu barədə "Gazeta.ru"ya müsahibəsində endokrinoloq, diyetoloq Elvira Binətova danışıb.
"Çox vaxt qalxanabənzər vəzinin xəstəlikləri metabolik pozğunluqlarla müşayiət olunur ki, bu da artıq çəkiyə səbəb olur. Bundan başqa, qalxanabənzər vəzi xəstəlikləri ilə yanaşı, əhval-ruhiyyənin aşağı düşməsi, apatiya, depressiya, dəri quruluğu kimi digər əlamətlər də qeyd olunur. Həmçinin ödem də ola bilər. Buna görə də bədən çəkisi artır və şişkinlik baş verir, şişkinlik ilk növbədə dodaqlar, qollar və ayaqlarda hiss olunur.
Bundan əlavə, bu cür xəstəliklər ürək döyüntüsünün azalması, qan təzyiqi və xolesterin səviyyəsinin bir qədər artması ilə xarakterizə olunur. Çəkiyə təsir edən başqa bir hormon, beynin hipofiz vəzində istehsal olunan prolaktin adlanır. Menstruasiyanın pozulması, qadınlarda sonsuzluğun inkişafı və süd vəzilərindən axıntı, kişilərdə isə testosteronun azalması və cinsi funksiyanın pozulması bu hormonla bağlı problemləri göstərən əsas əlamətlərdir.
Adrenal korteksdə əmələ gələn kortizol da çəkiyə təsir edə bilər. Bu hormonun sintezinin pozulması qan təzyiqi və qanda qlükoza səviyyəsinin artması, həmçinin piylənmə ilə müşayiət olunur. Kortizol istehsalının pozulmasının xarakterik əlaməti qarın piylənməsidir, bu zaman artıq visseral piylərin yığılması əsasən qarın nahiyəsində baş verir, əzalar isə nisbətən nazik qalır. Həmçinin, qarın və ətraflarda çatlaq izləri müşahidə edilə bilər", - həkim bildirib.
Ekspert bildirib ki, cinsi hormonların pozğunluğu həm qadınlarda, həm də kişilərdə maddələr mübadiləsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
"Qadınlarda bu, ilk növbədə estradioldur (estrogen qrupundan olan əsas hormon). Qadın hormonları normal səviyyədədirsə, maddələr mübadiləsi yaxşı işləyir, lakin onların istehsalının azalması xüsusən də menopoz dövründə baş verir. Odur ki, menopozdan sonrkı ilk beş ildə çəkinin sürətli artımı müşahidə olunur", - endokrinoloq izah edib.
Kişilərdə də testosteron səviyyəsi çəkiyə təsir göstərir. Hormon səviyyəsinin azalması çəkinin artmasına səbəb ola bilər. Həkimin sözlərinə görə, piylənmənin qarşısını almaq üçün tədbirlərə riayət etmək çox vacibdir: qidalanmaya nəzarət edin: fəstfud, şəkərli içkilər, sürətli həzm olunan karbohidratlardan imtina edin, həmçinin daha çox hərəkət edin. Həkim xatırladıb ki, ÜST-ün tövsiyələrinə əsasən, insan gündə ən azı 10 min addım atmalıdır.
23:02 / 30 Sentyabr 2026
93
22:17 / 30 Sentyabr 2026
3833
22:16 / 30 Sentyabr 2026
110
21:40 / 30 Sentyabr 2026
341
21:12 / 30 Sentyabr 2026
1097
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
79
20:38 / 30 Sentyabr 2026
366
20:33 / 30 Sentyabr 2026
82
20:10 / 30 Sentyabr 2026
170
20:10 / 30 Sentyabr 2026
96
19:50 / 30 Sentyabr 2026
91
19:35 / 30 Sentyabr 2026
695
19:26 / 30 Sentyabr 2026
259
19:26 / 30 Sentyabr 2026
95
19:23 / 30 Sentyabr 2026
82
19:21 / 30 Sentyabr 2026
96
19:15 / 30 Sentyabr 2026
82
19:12 / 30 Sentyabr 2026
100
19:01 / 30 Sentyabr 2026
113
18:53 / 30 Sentyabr 2026
173
18:45 / 30 Sentyabr 2026
130
18:29 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.