Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87931
az

Evinizi tərk etmədən aliment, boşanma və uşaqla ünsiyyət hüquqlarınızı təmin edirik

16:0226 Aprel, 2023
141
CƏMİYYƏT
  • A

Aliment.az boşanma, aliment və uşaqla ünsiyyətlə bağlı məhkəmə mübahisələrində vətəndaşlara ofislərini və evlərini tərk etmədən peşəkar hüquqşünasın və vəkilin xidmətlərindən istifadə etməyə imkan yaradır.

Bu layihənin məqsədi işləyən və eləcə də, azyaşlı uşaqlarına baxan qadınların peşəkar hüquqi xidmətlərə əlçatanlığını təmin etməkdir. Bu sosial qrupa daxil olan qadınların adətən evini və ya iş yerini tərk edib dəfələrlə məhkəməyə getməyə vaxtı və imkanı olmur. Həmçinin onlar qanunla onlara verilmiş geniş hüquq və imkanlardan xəbərsiz olduqları üçün sadə mübahisələrin və problemlərin həlli bəzən aylarla vaxt və çoxlu xərc tələb edir. Bu cür halların qarşısını almaq, qadınların dəyərli vaxtını öz övladlarına və vacib işlərinə sərf etməsini təmin etmək üçün aliment.az ideal həll yolları təklif edir.

Boşanmaq üçün hansı sənədlər lazımdır?

Bəzən ər və arvadın birgə yaşamasında çətinliklər olur. Bu problemlər uzun dönəmli olduqda isə artıq ailənin saxlanması mümkün olmur. Bu zaman tərəflərdən biri və ya hər ikisi boşanmaq üçün müvafiq qaydada müraciət edə bilər. Lazım olan sənədlər:

nikah şəhadətnaməsinin əsli
tərəflərin şəxsiyyət vəsiqəsinin surəti
uşağın şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin surəti (əgər uşaq varsa)
atanın (ananın) qeydiyyat ünvanı və hazırda yaşadığı yerin ünvanını
atanın (ananın) mobil telefon nömrəsini də qeyd etməyiniz zəruridir.
Nə vaxt boşanmaq üçün iddia qaldıra bilmərəm?

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər boşanmaq üçün iddia qaldıra bilməz.

Boşanmaq üçün buraya klikləyərək formu doldurun

Necə aliment ala bilərəm

Bəzi hallarda vətəndaş boşanma prosesində alimentdən imtina edir və ya aliment almaq hüququndan xəbərsiz olur. Bilməli olduğunuz şey odur ki, uşağın 18 yaşı olanadək istənilən an iddia qaldırıb alimenti tələb edə bilərsiniz.

Aliment alınması üçün hansı sənədlər lazımdır?

uşağın doğum haqqında şəhadətnaməsi (metrika)
atanın şəxsiyyət vəsiqəsi
boşanma barədə məhkəmə qərarı varsa, həmin qərarın surəti və ya şəkilləri
atanın qeydiyyat ünvanı və hazırda yaşadığı yerin ünvanı
atanın mobil telefon nömrəsi
Bu sənədləri bizə təqdim edərək aliment ala bilərsiniz.

Aliment almaq üçün buraya klikləyərək formu doldurun

Alimenti necə artıra bilərəm

Aliment artımı üçün 2 vacib əsas var:

Hər il yaşayış minimumu artdıqca aliment də artır

Məsələn, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 196 manat idi və məhkəmə 196 manatdan az məbləğdə aliment təyin edə bilməzdi. Bu il isə bu məbləğ 220 manat təşkil edir. Yəni 2023-cü ildə aldığınız alimentin məbləği 1 uşağa görə 220 manatdan azdırsa (misal üçün 170 və ya 190 manat), bu halda ana iddia qaldıraraq alimentin məbləğinin 220 manat olmasını məhkəmədən tələb edə bilər.

Atanın maaşı artdıqca aliment də artır

Məsələn, ata 500 manat maaş alır və bu maaşın dörddə biri çox az olduğu üçün yəni minimum aliment miqdarından az olduğu üçün (atanın maaşının ¼-i 125 manat edir, amma 2023-cü il üçün minimum aliment miqdarı 220 manat olaraq təyin edilmişdir) ata 2023-cü ildə aylıq 220 manat uşağa aliment ödəyir. Tutaq ki, atanın vəzifə maaşı artıb 1600 manat olub. Bu zaman sizin aliment məbləği də artmalı və artıq sabit minimum məbləğdə, yəni 220 manat yox, 400 manat olmalıdır (çünki 1600 manatın ¼-i 400 manat edir).

Unutmayın: Alimentin artırılması üçün uşaq 18 yaşına çatanadək istənilən an müraciət edə bilərsiniz!

Alimenti artırmaq üçün buraya klikləyərək formu doldurun

Övladımı necə görə bilərəm

Öncəliklə bilməlisiniz ki, uşaqla həm atanın, həm də nənə və babanın ünsiyyət hüququ vardır və bu sizin haqqınızdır.

Atanın uşaqla ünsiyyət hüququ

80-90% boşanmalarda məhkəmələr uşağı ananın himayəsinə verir, yəni uşaq əsasən anada qalır. Ata isə məhkəmə qərarında göstərilən vaxt və şərtlər daxilində uşaqla görüş (ünsiyyət) hüququ əldə edir.

Ata uşağını görmək üçün nə etməlidir?

Ata məhkəmədə iddia qaldıraraq uşaqla görüşmək istədiyi saat və gün sayını öz ərizəsində qeyd etməli və bu barədə məhkəmə qərarı çıxdıqdan və qüvvəyə mindikdən sonra qeyd edilən günlərdə və saatlarda öz övladı ilə görüşməlidir.

Uşaq atanın himayəsinə nə vaxt verilə bilər?

Uşaq 10 yaşına çatdıqdan sonra ata uşağın onun himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldıra bilər.

Nənə və baba ilə uşağın ünsiyyəti hüququ

Uşağın qəyyumluğunu nənə və ya baba qəyyumluq orqanı vasitəsilə ala bilmirsə, inzibati məhkəmənin qərarı ilə həyata keçirilir. Bu zaman da ata ilə ünsiyyətdə olduğu kimi nənə və baba məhkəmə qərarında göstərilən vaxt və şərtlər daxilində uşaqla görüş (ünsiyyət) hüququ əldə edir.

Usaqla görüşmə hüququ üçün buraya klikləyərək formu doldurun

Haradan başlamaq lazımdır

Vətəndaşlar sayta daxil olaraq mübahisənin növünü seçir və öz əlaqə məlumatlarını qeyd edir. Bundan sonra peşəkar hüquqşünaslardan ibarət komanda üzvləri əlaqə saxlayaraq vətəndaşın xidmət ehtiyacını müəyyənləşdirir və ona ən optimal həll üsullarını təklif edir.

Asan imzası olan vətəndaşlarımız hətta etibarnamə vermək üçün belə evini və iş yerini tərk etmək məcburiyyətində qalmır. Həmçinin vətəndaş əldə etdiyi sənədlər paketini özü e-məhkəmə sisteminə yükləyərək işinin məhkəmədə baxılmasına nail ola bilir.

İşdə vəkilin iştirakı tələb olunduğu halda isə vətəndaş vəkillə təmin olunur və onun hüquqi müdafiəsini peşəkar vəkil həyata keçirir.

Aşağıdakı linkə daxil olaraq aliment.az şirkətinin xidmətlərindən istifadə edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, saytda həmdə aliment hesablanması üçün aliment kalkulyatoru da sizin istifadənizə verilmişdir.

Keçid üçün: //aliment.az/

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO