Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8784
az

Yanvarın 21-də GÖZÜNÜZ GÖYDƏ OLSUN

18:3110 Yanvar, 2019
547
  • A
2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu24.com-a verilən məlumata görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Ay tutulmasını Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

16-17 iyulda isə ilin ikinci Ay tutulması baş verəcək, lakin bu tam tutulma olmayacaq. Ayın 65 faizi Yerin kölgəsində qalacaq. İkinci ay tutulması Azərbaycanda da müşahidə olunacaq.

İlin ikinci Günəş tutulması iyulun 2-də müşahidə ediləcək. Bu zaman tam Günəş tutulmasə müşahidə ediləcək. Hadisə 18:01-dən 20:44-dək davam edəcək.

Sakit Okean və Cənubi Amerikada müşahidə ediləcək bu tutulma zamanı Ay nisbətən Yerə daha çox yaxın olacaq və təxminən 4.5 saat davam edəcək.

26 dekabrda isə halqalı Günəş tutulması olacaq. Bu hadisə Səudiyyə Ərəbistan, Hindistanın cənubu, Filippindən müşahidə ediləcək. Bu zaman Günəşin 97 faizi görünməyəcək.

11 noyabrda Merkuri Günəşin qarşısına keçəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü