Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada bir gündə ikinci deputat öldü

Rusiyada bir gündə ikinci deputat öldü

CƏMİYYƏT

318

24.04.2023, 15:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov bazar günü uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

"Ağır gündür. Ölüm daha bir yoldaşımızı aramızdan apardı. Ağır və uzun sürən xəstəlikdən sonra Dövlət Dumasının deputatı, Qaraçay-Çərkəz Respublikasının keçmiş təbii sərvətlər və ekologiya naziri Yaşarbek Borisoviç Uzdenov vəfat etdi", - Vasilyev məlumat verib.

Ətraflı

O, fraksiyanın bütün deputatları adından Uzdenovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bazar günü Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan digər deputatı Nikolay Bortsovun da ölümü ilə bağlı xəbər yayılıb.