Zığ şosesində məhdudiyyət aradan qaldırılıb
01 Oktyabr 2026, 08:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
367
24.04.2023, 15:06
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.
OXU24.COM Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatına dair şərhində deyilir.
A.Hacızadə qeyd edib ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.
"Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.
Guya bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır".
08:03 / 01 Oktyabr 2026
43
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4866
22:16 / 30 Sentyabr 2026
117
21:40 / 30 Sentyabr 2026
524
21:12 / 30 Sentyabr 2026
1215
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
448
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
182
20:10 / 30 Sentyabr 2026
99
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
836
19:26 / 30 Sentyabr 2026
268
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
101
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
103
19:01 / 30 Sentyabr 2026
116
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.