Qaynar xətt:

(+99450) 247 90 86

Sabunçuda 54 yaşlı kişini avtomobil vurub

CƏMİYYƏT

148

24.04.2023, 12:55

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com -un məlumatına görə, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Nəsirov Malik Əjdər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.