Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosunda dəhşətli anlar: Kişi qatar yoluna düşdü

Bakı metrosunda dəhşətli anlar: Kişi qatar yoluna düşdü

CƏMİYYƏT

303

23.04.2023, 20:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

Bu barədə Oxu24.com-a“Bakı Metropoliteni”ndən bildirilib.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.