Qaynar xətt:

(+99450) 247 90 86

7 bacının bir qardaşı - Şəhid leytenantın doğum günüdür

7 bacının bir qardaşı - Şəhid leytenantın doğum günüdür

CƏMİYYƏT

384

21.04.2023, 12:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz leytenant Elşən Məmmədovun doğum günüdür.

 

Oxu24.com xəbər  verir  ki,7 bacının tək qardaşı və ailənin ən kiçiyi olan Məmmədov Elşən Əziz oğlu 21.04.1999-cu ildə Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndində anadan olub. Elşən Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə anasının doğum günündə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şərur şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

 

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Hazırladı: Miri Məcidli