Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87426
az

Prezident Fərman imzaladı:Qaydalar dəyişdi

18:5019 Aprel, 2023
182
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na dəyişikliklə bağlı Fərman imzalayıb.

Oxu24.com  xəbər verir ki, Fərmana əsasən, ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik ediləcək:

- daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir);

- texniki səhvlər aradan qaldırıldıqda;

- ünvanın statusu dəyişdikdə;

- məhkəmənin qərarı olduqda;

- nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda;

- daşınmaz əmlak obyekti məhv olduqda.

Qeyd edək ki, indiyə qədər 3 gün müddəti qanunda nəzərdə tutulmurdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda yolu keçən qadını avtomobil vurub
FHN: Ötən sutka 9 nəfər xilas edilib
Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu