Qaynar xətt:

(+99450) 247 90 86

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

CƏMİYYƏT

261

19.04.2023, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 19-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Oxu24.com-a Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.

Qeyd edək ki, aprelin 18-də Salyan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib.